Noyabrın 23-də Niderland Parlamenti Ermənistan və Azərbaycan arasında münaqişəsi və erməni əsirlərlə bağlı qətnamə qəbul etdi. Bu barədə məlumatı Ermənistan Respubliaksının Niderlanddəki səfirliyi yaydı.
Qeyd olunur ki, qətnamələrin birində parlament hökuməti Ermənistanla Azərbaycan arasında münaqişə faktları ilə bağlı müstəqil araşdırma aparmaq üçün Avropa Birliyi ilə birgə işləməyə və nəticələr barədə parlamentə mümkün qədər tez məlumat verməyə çağırıb.
İkinci qətnamədə Azərbaycanda insan haqları, azad söz və mətbuat azadlığı sahəsində ciddi problemləri qeyd olunur. Qətnamədə indiyə kimi Azərbaycanda qanunsuz olaraq saxlanılan erməni əsirlərin məsələsinə də toxunulur.