Noyabrın 24-də Ermənistanın xarici ilər naziri Ararat Mirzoyan Almaniyanın Ermənistana yeni təyin olunmuş səfiri ilə görüşüb.
ER xarici işlər naziri Almaniya səfirini Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisinə son təcavüzü nəticəsində yaranmış vəziyyət barədə məlumatlandırıb, vəziyyətin daha da gərginləşməsini və Azərbaycanın yeni təxribat xarakterli hərəkətlərini istisna etmək üçün beynəlxalq ictimaiyyətin adekvat və məqsədyönlü reaksiyasının vacibliyini vurğulayıb.
Həmsöhbətlər Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə hərtərəfli və davamlı həllini vacib sayıb. Səfir Rixter Almaniyanın ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəklədiyini bir daha təsdiqləyib.
Təcili humanitar məsələlərlə yanaşı, erməni hərbi əsirlərin və digər saxlanılan şəxslərin dərhal vətənə qaytarılması vurğulanıb.