ER hökumətinin proqramında qeyd edildiyi kimi, Ermənistan Türkiyə ilə ilkin şərt olmadan münasibətləri normallaşdırmağa həmişə hazır olub. Bu barədə "Lurer"ə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan məlumat verib.
“Bir sıra beynəlxalq tərəfdaşlar, o cümlədən müttəfiqimiz Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini dəstəkləməyə hazır olduqlarını bəyan ediblər.
Rusiyalı tərəfdaşlarımızla müzakirələr zamanı bildirdik ki, biz ilkin şərt olmadan münasibətləri normallaşdırmağa hazırıq. Əgər proses davam edərsə, təbii ki, hadisələrin gedişatını ictimaiyyətə çatdıracağıq.
Eyni zamanda qeyd etmək istərdim ki, hazırda Türkiyə ilə heç bir danışıqlar prosesi getmir”, - deyə Vahan Hunanyan bildirib.