ER Baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
ER Baş naziri Ermənistan-Azərbaycan sərhədində baş verən inkişafları ətraflı şəkildə təqdim etdi. Nikol Paşinyan vurğuladı ki, Azərbaycan silhalı qüvvələrinin hərəkətləri Ermənistan Respublikasının suveren ərazisinə təcavüzdən başqa bir şey deyildir. Baş nazir indiki vəziyyətdə Ermənistan-Rusiya strateji tərəfdaşlığına əhəmiyyət verib.