ER XİN mətbuat katibi Vahan Hunanyan qeyd etdi ki, Ermənistan Respublikası və müttəfiqi Rusiya ilə birbaşa və çoxsəviyyəli münasibətdədir.
“Bildiyiniz kimi, Ermənistan Respublikasının baş naziri ilə Rusiya Federasiyasının prezidenti arasında telefon danışığı olub və bu zaman Nikol Paşinyan vəziyyəti Vladimir Putinə təqdim edib.
Bu kontekstdə iki ölkə liderləri müttəfiqlik münasibətlərinə uyğun olan və ikitərəfli hüquqi bazada təsbit olunmuş mümkün birgə addımları müzakirə ediblər”,- deyə qeyd olunub.
Vahan Hunanyan bildirdi ki, ER XİN artıq vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının prezidentini məlumatlandırıb.
“Qeyd etmək istəyirik ki, Ermənistan Respublikası ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün beynəlxalq hüququn bütün sənədlərinin və diplomatik təcrübənin tətbiqi nəzərdən keçiririr”,- deyə qeyd olunub.