Bu gün Moskvada Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Təhlükəsizlik Şuralarının katiblərinin illik görüşü keçirilir.
Görüşdə Ermənistan və Azərbaycan Təhlükəsizlik Şuralarının katibləri Armen Qriqoryan və Ramil Usubov da iştirak edir.
Gündəlikdə MDB ölkələrinin milli, regional və beynəlxalq təhlükəsizliyin aktual problemlərinə dair qarşılıqlı fəaliyyəti məsələləri durur. Görüşün aktual mövzusu Ermənistan-Azərbaycan sərhədində böhrandır.