Baş verənlərə yalnız bir qiymət vermək olar: bu, Ermənistan Respublikasının suveren ərazisinə qarşı birbaşa təcavüzdür. Bunu, ER Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının növbədənkənar iclasında bildirdi.
“Beynəlxalq ictimaiyyətin tərəfdaşlarımızın susqunluğu ilə Azərbaycan təcavüzkar hərəkətlərini davam etdirir. Qiymətləndirməm birmənalıdır - Azərbaycan və onu təşviq edən qüvvələr suverenliyimizi, dövlətçiliyimizi, müstəqilliyimizi hədəfə alır”,- deyə Paşinyan qeyd etdi.
O vurğuladı ki, sərhəd mübahisələri ilə bağlı fikirlər absurd və mənasızdır.
“Sərhəd mübahisəsi yoxdur. Ermənistanın suveren ərazisinə qarşı təcavüz var. Ermənistan Respublikası hökuməti və xalqı biz suverenliyimizi, ərazi bütövlüyümüzü, dövlətçiliyimizi, müstəqilliyimizi bütün mümkün vasitələrlə müdafiə etməkdə qətiyyətlidir”,- Paşinyan vurğuladı.