ER Parlamenti ilə Hökumət arasında sual-cavab sessiyası zamanı Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan delimitasiya və demarkasiya prosesinin başa çatdırılmasını çox vacib hesab etdiyini bildirib.
“Hələ 2021-ci ilin mayında hökumətin iclasında delimitasiya və demarkasiya prosesinə başlamaq üçün masa üzərində olan təklifi imzalamağa hazır olduğumu bildirdim. Delimitasiyanın, demarkasiya prosesinin başlanğıcını və başa çatdırılmasını son dərəcə vacib hesab edirəm. Əslində, may ayında, ondan sonra Rusiya üç dəfə təklif verdi, üç dəfə də biz o prosesin irəliləməsinə razılaşdıq. Məncə, Azərbaycanın prosesi ləngitməsi və ya konkret cavab verməməsi səbəbindən proses başlamayıb.
Paşinyanın sözlərinə görə, sərhəddəki vəziyyətin sülh yolu ilə həlli son dərəcə vacibdir.
“Bizim əvvəlki, o cümlədən delimitasiya və demarkasiya prosesinə başlamaqla bağlı təkliflərimiz qüvvədədir”, - deyə Nikol Paşinyan əlavə edib.