Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova ATƏT Minsk qrupunun fəaliyyətinə toxunub.
"Rusiya XİN bəyanatında qeyd olunduğu kimi, ATƏT-in Minsk qrupunun həmsədrlərinin formatı geniş beynəlxalq dəstəyə malikdir. Üçlük xətti ilə ilk növbədə regionun qarşısında duran sosial-iqtisadi və humanitar məsələlərin həlli barədə səylərin davam etdirilməsini vacibdir. Üçlük hazırda bir sıra Avropa paytaxtlarında təmaslara hazırlaşır. Üçlüyün bu regiona səfər etmə praktikasını ən qısa zamanda tam sürətlə bərpa etməyi vacib hesab edirik", - Zaxarova vurğulayıb.
Zaxarova Rusiyanın "3+3" platformasının yaradılmasına da toxunub.