Hökumətin bu gün keçirilən iclasının gündəliyinə Kapanın “Syunik” hava limanına 49 milyon 508 min 722 dramın ayrılması məsələsi daxil edilib.
Hökumət bugünkü iclasda “Syunik” hava limanına dəymiş ziyanın ödənilməsi üçün Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə pul ayrılması barədə qərar qəbul edib.
Bildirilir ki, Mülki Aviasiya Komitəsinə “Noveir” aviaşirkətindən Yerevan-Kapan-Yerevan müntəzəm reysləri üçün müvafiq müraciət daxil olub. Uçuşların 2022-ci ilin yanvarın 20-dən həftədə iki dəfə keçirilməsi planlaşdırılır.