Noyabrın 10-da ER müdafiə naziri Arşak Karapetyan Moskvada MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
İclasda gündəliyə daxil edilmiş 20-dən çox məsələ müzakirə olunub.
MDB Müdafiə Nazirləri Şurasının üzvləri hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb, həmçinin MDB-nin hərbi əməkdaşlığının 30 illik təcrübəsini və inkişaf istiqamətlərini yüksək qiymətləndiriblər.