“The Jerusalem Post” xəbər verir ki, İsrail Knessetinin 6 müxalifət deputatı Erməni Soyqırımının və aprel 24-ünün anım günü kimi tanınması ilə bağlı qanun layihəsini parlamentə təqdim edib.
Bu, İsraildə Erməni Soyqırımının tanınması ilə bağlı qətnamənin qaldırıldığı ilk hal deyil. 2018-ci ildə deputat Tamar Zandberq Soyqırımı tanıyan qanun layihəsini təklif etsə də, hökumətin müqaviməti ilə bu layihə ləğv edilib.
2019-cı ildə də Erməni Soyqırımının tanınması təklifi dövlət dəstəyini almayıb.