Rusiya Prezidenti Vladimir Putin, Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin videokonfrans rejimində sammiti hazırlanır, ancaq vaxtla bağlı dəqiq razılaşma yoxdur.
“РИА Новости” bildirir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
"Təsdiq edirdik ki, belə bir görüşün hazırlanması istiqamətində iş gedir. Amma belə bir videokonfransın nə vaxt keçirilə biləcəyi barədə dəqiq razılaşma və anlaşma yoxdur. Bu iş davam edir", - Peskov deyib.