Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN “Türk” telekanalına müsahibəsində bildirib ki, Türkiyə prezidentinin Azərbaycana son səfəri zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla müzakirə edildi.
Nazirin sözlərinə görə, Türkiyə Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycanla birgə hərəkət edir.
M. Çavuşoğlu xatırladıb ki, Ermənistan tərəfindən müəyyən müsbət mesajlar verilib. XİN rəhbəri Türkiyənin Ermənistanın müsbət mesajlarına qarşılıq verəcəyini diqqətə çatdırıb.