Oktyabrın 28-də ER Parlamentinin “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Koncoryan Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin ilə görüşüb. Bu barədə Parlamentin rəsmi saytı məlumat yayıb.
Hayk Koncoryan Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin dərhal geri qaytarılması məsələsinə toxunub.
Ermənistan Respublikasının Parlamenti ilə Rusiya Federasiyası Federal Duması arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiya çərçivəsində həyata keçirilən işlər vacib sayılıb.