Azərbaycanla baş nazirin müavinləri səviyyəsində regionun kommunikasiyaların açılması məsələsi ilə məşğul olan işçi qrupu var. Bu barədə hökumətdə keçirilən brifinqdə Ermənistan-Azərbaycan münasibətlərinə toxunaraq, ER Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan bildirib.
“Ermənistan-Türkiyə münasibətlərinə gəlincə, biz dəfələrlə bildirmişik ki, əlaqələrə başlamağa, Türkiyə ilə münasibətlərin normallaşdırılmasını müzakirə etməyə hazırıq”, - deyə Grigoryan xatırladıb ki, RF tərəfdaşları ilə bu prosesin necə irəlilədilməsi ilə bağlı müzakirələr aparılır.
“Həm biz, həm də Türkiyə tərəfi qeyd etmişik ki, müsbət siqnallar var, biz münasibətləri normallaşdırmağa başlaya bilərik”, - deyə Təhlükəsizlik Şurasının katibi vurğulayaraq qeyd edib ki, dəhlizlə bağlı heç bir məsələ müzakirə olunmur.
"Baş nazirin müavini səviyyəsində işçi qrupunda qeyd olunur ki, bokadadan çıxarılmasından sonra yollar həmin dövlətin suveren ərazisi olacaq", - deyə Armen Grigoryan vurğulayıb.