Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan-Azərbaycan sərhədindəki yaranmış vəziyyətə toxunub.
Onun sözlərinə görə, Vortan kəndi yaxınlığında yaranmış vəziyyətin inkişafı bir daha təsdiq edir ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası prosesi başlamalıdır.
“Bu məsələ ilə bağlı təklifləri həm erməni, həm də Azəraycan tərəfinə təqdim etdik. Biz bundan sonrakı kursun formalaşması üçün cavab gözləyirik”,- Zaxarova deyib.