Human Rights Watch beynəlxalq hüquq-müdafiə təşkilatı sentyabrın 8-də “Müharibədən çıxarılan dərslər: 2020-ci ilin payızında Dağlıq Qarabağda münaqişə zamanı məktəblərə edilmiş hücumlar” adlı araşdırmada Azərbaycanın başlatdığı 44 günlük müharibə zamanı məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin hədəf alınması, atəşə tutulmasına toxunub.
Hesabat, müharibənin ilk günündə, sentyabrın 27 -də uşaq öldürmə hadisəsinin qeydə alındığını xatırlatmaqla başlayır: 9 yaşlı Viktorya Gevorgyan mərmi partlaması nəticəsində ölüb. Mərmi Dağlıq Qarabağın Martuni rayonunda bir evin həyətinə düşüb.
"Müharibə dərsləri" araşdırmasında qeyd olunur ki, 44 gün ərzində, onlarla uşaq bağçası, sənət məktəbi, idman məktəbi və peşə mərkəzi də daxil olmaqla ən azı 71 erməni məktəbinin zədələnib və ya məhv edilib.