ER Parlamentinin sədri Alen Simonyan İşveç parlamentinin (Riksdag) spikeri Andreas Norlen ilə görüşüb və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının hazırkı mərhələsinə toxunub.
"Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının hazırkı mərhələsinə toxunduq və bildirdik ki, münaqişənin sülh yolu ilə həlli ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklifləri və razılaşdırılmış məlum prinsiplər əsasında aparılmalıdır.
Mən, həmçinin, Azərbaycan tərəfindən saxlanılan erməni əsirləri və onların geri qayıtması ilə bağlı görülən işlər barədə məlumat verdim və İsveçli həmkarımdan mümkün qədər tez saxlanılanların Ermənistana qayıtmalarına kömək etməyini xahiş etdim"- deyə Alen Simonyan öz “Facebook" səhifəsində yazıb.