ER Parlamentinin sədri Alen Simonyan Vyanada keçirilən 5-ci Dünya Parlamentlər Sədrləri Konfransı çərçivəsində sentyabrın 8-də Serbiya Respublikasının Parlamentinin sədri İvitsa Daçiç ilə görüşüb.
Alen Simonyan qeyd edib ki, Serbiyanın Ermənistanda səfirliyin açılması qərarını alqışlayır ki, bu da Ermənistan-Serbiya əlaqələrinin inkişafı və gələcək əməkdaşlığa yeni təkan olacaq. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti ətraflı şəkildə müzakirə ediblər. ER Parlamentinin sədri Azərbaycanda saxlanılan erməni əsirlərin azadlığa buraxılması ilə bağlı məlumatları təqdim edib.
Serbiya Parlamentinin sədri, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ olmadığını vurğulayıb.