• Հայ
  • Eng
  • РУС
  • Az
Ermənistan ABŞ və İran arasında əldə edilən mühüm qərarı alqışlayır: Paşinyan Ermənistan ABŞ və İran... 13:42
Ermənistan hökuməti və xalqının İran xalqına dəstəyi yüksək qiymətləndirilir: İran XİN başçısı Ermənistan hökuməti və xalqının... 00:17
Naxicevan ərazisində İran pilotsuz uçuş aparatı qəzaya uğrayıb: KİV Naxicevan ərazisində İran pilotsuz... 12:30
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
İlham Əliyevin əmisi qızı Britaniyada  pul yuymaqda günahlandırılır: OCCRP-nin yeni araşdırması
Siyasət
12:4630 İyn, 2021

İlham Əliyevin əmisi qızı Britaniyada pul yuymaqda günahlandırılır: OCCRP-nin yeni araşdırması

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) yeni araşdırmasının qəhrəmanı “Mikaela Cav” DJ-dir.

Təşkilat qeyd etdi  ki, “Mikaela və Dostları” (“Mikaela & Friends”) adlı şənbə məclisləri 2015-ci ilin yayında Facebook səhifələrində də geniş yayılmışdı.Mikaela Cav Facebook-da Yunanıstan, Tayland və Las Veqasda çəkdirdiyi və zəngin həyatını əks etdirən fotoları paylaşırdı.

İspaniyada verdiyi müsahibələrdə DJ Mikaela özünün İbiza vurğunluğundan, musiqi ilhamından və vətəni kimi təqdim etdiyi Rusiyadakı həyatından şövqlə bəhs edirdi.

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi bildirdi ki, Transparency International təşkilatının Britaniya qolu ilə birlikdə Mikaela Cav-ın kimliyini müəyyənləşdirə bilib: Söz Azərbaycan prezidenti İlham Əliyevin əmisi qızı İzzət Cavadovadan gedir.

Qeyd olunur ki, son bir neçə il ərzində o və əri Süleyman Cavadov Britaniya Milli Cinayət Agentliyinin (National Crime Agency - NCA) milyonlarla funt sterlinq vəsaitin mənşəyinə dair apardığı təhqiqatın subyektləri olublar. Agentlik bu vəsaitin korrupsiya və mənimsəmə yolu ilə əldə olunmasından şübhələnir.

OCCRP yazır ki, o da, “İbiza vurğunu DJ-in” və onun ərinin kimliyini bilirdi. Amma The Evening Standard qəzeti cütlüyün adları üzərindəki məxfiliyin qaldırılması üçün məhkəmə prosesini udanadək bunu yaymaq mümkün deyildi.

NCA bildirib ki, Cavadovlar milyonlarla funt sterlinqi Britaniyadakı bank hesablarına gətirmək üçün əsasən ofşorlarda yerləşən 20 “qaranlıq” şirkətdən ibarət şəbəkədən istifadə ediblər.

Bu yolla köçürülən pul “bank tranşlarından fərqli olaraq auditin obyekti ola biləcək iz buraxmaya bilər”. Bu şirkətlərdən 6-sının “Azərbaycanın pulyuyan maşınına” daxil olduğunu müəyyənləşdiriblər.

İlk dəfə OCCRP-nın 2017-ci ildə hazırladığı hesabatda bu adla açıqlanmış sistem ölkənin hakim elitasına vəsaitləri mənimsəmək, vergidən yayınmaq, çirkli pulları yumaq və Azərbaycandan çıxararaq Qərbə ötürmək imkanı verirdi. Burada isə həmin vəsaitlər dəbdəbəli mülklərə və lüks həyat tərzinə çevrilirdi.

OCCRP-ın hesabatında deyilir ki, onun təhqiqatçı jurnalistləri bu altı şirkətdən başqa müstəntiqlərin gözündən qaçan 7-ci şirkəti də aşkar ediblər. Bu şirkət də sözügedən “pulyuyan maşının” başqa şübhəli tranşlarında iştirak edib.

Şikətin təqdim etdiyi hesabatda vurğulanır ki, bundan əvvəlki təhqiqatlar yüksək elitaya daxil azərbaycanlıların “Pulyuyan maşından” istifadə etdikərini göstərmişdisə də, Cavadova prezident Əliyev ailəsindən bu mexanizmlə bağlı adı çəkilən ilk şəxsdir.

Onu da qeyd olunur ki, qadının atası parlamentin üzvü, ərin atası isə ötən ilədək enerji nazirinin müavini olub. Atasının tutduğu vəzifə Süleyman Cavadova “siyası əhəmiyyətli şəxs” (politically exposed person ya qısaca PEP) statusu verirdi.

Milli Cinayət Agentliyi bildirdi ki, Cavadov Britaniyanın Coutts bankında hesab açarkən Azərbaycandakı nazir müavini ilə heç bir qohumluğunun olmadığını bəyan edib. O deyib ki, nazir müavini ilə sadəcə olaraq eyni soyadı daşıyır.

Hesabatda qeyd olunur ki, Cavadovların pulun mənşəyi barədə banka verdikləri məlumatlar və polisdə olan məlumatlar  bir-birindən fərqli olub. Aşkar olunurb ki, İzzət Cavadova banka bu hesaba Azərbaycandakı bir daşınmaz əmlak şirkətindən kirayə gəlirlərinin daxil olacağını deyib.

Lakin sənədlərdən məlum olur ki, bu hesaba daxil olan vəsaitlər Cavadovların kirayədən aldıqları və elə banka da bəyan etdikləri gəlirdən iki dəfə çox olub. Cütlük 20 şirkətdən daxil olan pulların izahatı kimi ev kirayəsi haqqında 250 müqavilə və bu evlərin idarə olunması - menecmenti üçün kontraktlar təqdim edib. Məhkəmə sənədlərindən məlum olur ki, bu iki mənbə üzrə 2015 və 2018-ci illər arasında 2.4 milyon dollar köçürülüb.

Lakin NCA məhkəməyə bildirib ki, sözü gedən müqavilələrlə bank transferlərinin tarixləri uyğun gəlmir və menecment haqqında bir müqavilə isə ümumiyyətlə pulun transferindıən sonra bağlanıb.

Bundan başqa prokurorlar Cavadovların sözü gedən müqavilələrdəki imzalarının etibarlığını, habelə ofşor şirkətlərdən istifadənin məqsədini sual altına alıblar.

“Şotland və ya irland MMC-si və ya Seyşel şirkətinin Azərbaycanda daşınmaz əmlakları necə idarə etməsi və bu zaman Estoniya və ya Latviyadakı bank hesablarından niyə istifadə olunması barədə heç bir izahat verilməyib”.

NCA müstəntiqləri isə diqqəti sözü gedən 20 şirkətdən heç birinin Azərbaycanda olmamasına və buna görə də Cavadovların mülkləri üçün kirayə haqqı ödəyə biləcəklərinin şübhəli görünməsinə çəkirdilər. Üstəlik də bu ödənişlərdən heç biri birbaşa Azərbaycandan gəlməmişdi.

Cavadovlar bildiriblər ki, onların aldıqları pulların kirayəçilərdən deyil, çirkli pulların yuyulması üçün yaradılmış qanunsuz vasitəçi təşkilatdan gəlir.

NCA müstəntiqləri vurğuladılar ki, Cavadovların istifadə etdikləri şirkətlərdən birinin nə daşınmaz mülkiyyət menecmentinə, nə də Cavadovlara aiddiyyəti yox idi. Məsələn bu şirkət başqa bir şirkətə Azərbaycana lifli-optik kabellərin göndərilməsinə görə ödəniş edib. Bu ödənişdə əlaqəçi şəxs kimi əslində Azərbaycanın Gənclər və İdman Nazirliyinin bir əməkdaşı göstərilib.

Hesabatda onu da qeyd olunub ki, btün bunlar pul köçürmələri üçün alternativ sistem sayılan “Pulyuyan maşının” işi üçün tamamilə xarakterik bir haldır. Bu halda irəlicədən ödənişin Azərbaycandakı dövlət qurumunun təchizatı üçün göndərilmiş mallara görə edildiyi təsəvvürü yaranmalıydı.

OCCRP-nin yeni araşdırmasında qeyd olunub ki, Cavadovlar qalan 18 şirkət barədə də izahat verə bilməyiblər və belə bir məlumata malik olduqlarını qəbul etməyiblər. Qeyd olunur ki, bunlar ziddiyyət yaradıblar., çünki NCA-nin əlində olan sənədlərə görə Süleyman Cavadov 2012 və 2013-cü illərdə banka verdiyi məlumatda bu şirkətlərdən üçünün onun biznes etdiyi broker firmaları olduğunu bildirdi.

Təqdim olunan hesabatda bildirilib ki, Britaniya müstəntiqləri Cavadovların Azərbaycandakı gəlir mənbələrinin legitimliyi məsələsini araşdırmayıblar, çünki bu onların istintaqından kənarda olan bir məsələ olub. Müstəntiqlər deyirlər ki, Cavadovların Azərbaycanda “kirayə gəlirlərinin və əhəmiyyətli sərvətə çıxışlarının” olması ağlabatan görünsə də, onların Britaniya bank hesablarına daxil olan pulların daşınmaz əmlakdan gələn gəlir olması inandırıcı görünmür.

Məhkəmənin həll etməli olduğu məsələ Cavadovların hesablarında qalan 6.5 milyon funt sterlinqin (9.2 milyon dollar) gələcək taleyidir.Bununla bağlı məhkəmə dinləmələri iyulda başlanacaq.

Baxışların sayı253
facebook icon twitter icon
Հիմա եթերում
Xəbər lenti
  • Ərazi idarəetmə və infrastruktur naziri və Qazaxıstan səfiri aviasiya və nəqliyyat sektorları ilə bağlı məsələləri müzakirə ediblər 16:4309 Apr, 2026
  • Təhlükəsizlik Şurasının katibi Avstriya nümayəndə heyəti ilə ikitərəfli münasibətləri və regional inkişafları müzakirə edib 15:4709 Apr, 2026
  • Alen Simonyan Avstriya Milli Şurasının Avstriya-Ermənistan-Gürcüstan Parlament Dostluq Qrupunun üzvlərini qəbul edib 15:0609 Apr, 2026
  • Ermənistan və Qazaxıstan xarici işlər nazirləri arasında təkbətək görüş keçirilib 14:4409 Apr, 2026
  • ER Xarici İşlər Nazirliyi hava hücumları nəticəsində ölən və yaralananlarla bağlı Livana başsağlığı verib 14:3409 Apr, 2026
  • Rusiyanın arxasında heç bir müzakirə yoxdur: Paşinyan 13:3709 Apr, 2026
  • ER-RF münasibətləri konstruktiv transformasiya mərhələsindədir: Paşinyan 12:5609 Apr, 2026
  • Vaşinqton artıq İranın 10 bəndlik təklifinin üç əsas müddəasını pozub: Qalibaf 12:1809 Apr, 2026
  • İranla razılaşma uğursuz olarsa, döyüşlər görünməmiş miqyasda olacaq: Tramp 09:3409 Apr, 2026
  • Səfir Xaçatryan və Martin Brians Ermənistan-Fransa çoxsektorlu gündəm məsələlərini müzakirə ediblər 17:1008 Apr, 2026
  • Qazaxıstan xarici işlər naziri Ermek Koşerbayev Ermənistana səfər edəcək 16:1608 Apr, 2026
  • Papoyan ABŞ və AB-yə ixrac edən şirkətlərin nümayəndələri ilə görüşüb 15:4308 Apr, 2026
  • Ətraf mühit naziri və Aİ səfiri birgə proqramların gedişatını müzakirə ediblər 14:5808 Apr, 2026
  • Ermənistan ABŞ və İran arasında əldə edilən mühüm qərarı alqışlayır: Paşinyan 13:4208 Apr, 2026
  • Parlament sədri Qalibaf ABŞ ilə danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edəcək: İSNA 12:5308 Apr, 2026
  • BMT Baş katibi, Misir və Asiya-Sakit Okean ölkələri ABŞ-İran atəşkəsini alqışlayır 10:5008 Apr, 2026
  • İran ABŞ-ın atəşkəs elanına müsbət cavab verdi 08:5008 Apr, 2026
  • Vahe Hovannisyan və Hindistan səfiri ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər 16:5807 Apr, 2026
  • Ətraf mühiti naziri və Niderland səfiri COP17-nin təşkilati və gündəlik məsələlərini müzakirə ediblər 16:2207 Apr, 2026
  • Alen Simonyan və Valentina Matviyenko parlamentlərarası münasibətlər və ikitərəfli gündəliklə bağlı məsələləri müzakirə ediblər 14:3707 Apr, 2026
  • Ararat Mirzoyan və Kaya Kalas ER-Aİ tərəfdaşlığının strateji gündəliyinin həyata keçirilməsinə yönəlmiş işləri müzakirə ediblər 14:3507 Apr, 2026
  • İslamabadın müharibəyə son qoymaq səyləri kritik və həssas bir mərhələyə çatıb: İranın Pakistandakı səfiri 13:3807 Apr, 2026
  • İsrail Müdafiə Qüvvələri Şiraz neft-kimya kompleksinə zərbələr endirib 12:1907 Apr, 2026
  • Baş nazir Avropa Siyasi Birliyi Zirvə Toplantısının təşkili ilə bağlı məsələlər üzrə iclasa sədrlik edib 16:5806 Apr, 2026
  • Hazırda TRIPP ilə bağlı vəziyyət bizə üstünlük qazandırıb: Koçaryan İrandakı vəziyyət haqqında 14:1406 Apr, 2026
  • Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspert qrupu Ermənistandadır 11:2006 Apr, 2026
  • ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində uşaqlar həlak olub 09:2506 Apr, 2026
  • Cayşankar Ermənistana təşəkkür edib 13:0404 Apr, 2026
  • İran və İsrail bir-birlərinə zərbələr endiriblər 11:2804 Apr, 2026
  • Ermənistan və Rusiya xarici işlər nazirlikləri arasında məsləhətləşmələr 16:4103 Apr, 2026
  • İran səfiri Gürcüstan Xarici İşlər Nazirliyində görüş keçirib 16:3003 Apr, 2026
  • Ermənistan və İraq arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir: Məhəmməd əl-Şeyxlidən 15:2003 Apr, 2026
  • ER MŞ vitse-spikeri və İran səfiri regional inkişaflar barədə fikir mübadiləsi aparıblar 12:3403 Apr, 2026
  • İranın Hörmüz boğazından keçid üçün pul almaq ideyası ağılsızdır: Böyük Britaniya 11:4203 Apr, 2026

Bütün müəllif hüquqları qorunur.

© 2026 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015