• Հայ
  • Eng
  • РУС
  • Az
Baş nazir Paşinyan iki günlük işgüzar səfərlə Qırğızıstana getdi Baş nazir Paşinyan iki... 10:34
Ruben Rubinyan Ermənistan Respublikası Parlamentinin 9-cu çağırışının sədri seçildi Ruben Rubinyan Ermənistan Respublikası... 14:32
Ermənistan hökumətinin rusiyalı investorlar üçün rahat mühit yaratmağa davam etməsi vacibdir: Mişustin Ermənistan hökumətinin rusiyalı investorlar... 16:53
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
İlham Əliyevin əmisi qızı Britaniyada  pul yuymaqda günahlandırılır: OCCRP-nin yeni araşdırması
Siyasət
12:4630 İyn, 2021

İlham Əliyevin əmisi qızı Britaniyada pul yuymaqda günahlandırılır: OCCRP-nin yeni araşdırması

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) yeni araşdırmasının qəhrəmanı “Mikaela Cav” DJ-dir.

Təşkilat qeyd etdi  ki, “Mikaela və Dostları” (“Mikaela & Friends”) adlı şənbə məclisləri 2015-ci ilin yayında Facebook səhifələrində də geniş yayılmışdı.Mikaela Cav Facebook-da Yunanıstan, Tayland və Las Veqasda çəkdirdiyi və zəngin həyatını əks etdirən fotoları paylaşırdı.

İspaniyada verdiyi müsahibələrdə DJ Mikaela özünün İbiza vurğunluğundan, musiqi ilhamından və vətəni kimi təqdim etdiyi Rusiyadakı həyatından şövqlə bəhs edirdi.

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi bildirdi ki, Transparency International təşkilatının Britaniya qolu ilə birlikdə Mikaela Cav-ın kimliyini müəyyənləşdirə bilib: Söz Azərbaycan prezidenti İlham Əliyevin əmisi qızı İzzət Cavadovadan gedir.

Qeyd olunur ki, son bir neçə il ərzində o və əri Süleyman Cavadov Britaniya Milli Cinayət Agentliyinin (National Crime Agency - NCA) milyonlarla funt sterlinq vəsaitin mənşəyinə dair apardığı təhqiqatın subyektləri olublar. Agentlik bu vəsaitin korrupsiya və mənimsəmə yolu ilə əldə olunmasından şübhələnir.

OCCRP yazır ki, o da, “İbiza vurğunu DJ-in” və onun ərinin kimliyini bilirdi. Amma The Evening Standard qəzeti cütlüyün adları üzərindəki məxfiliyin qaldırılması üçün məhkəmə prosesini udanadək bunu yaymaq mümkün deyildi.

NCA bildirib ki, Cavadovlar milyonlarla funt sterlinqi Britaniyadakı bank hesablarına gətirmək üçün əsasən ofşorlarda yerləşən 20 “qaranlıq” şirkətdən ibarət şəbəkədən istifadə ediblər.

Bu yolla köçürülən pul “bank tranşlarından fərqli olaraq auditin obyekti ola biləcək iz buraxmaya bilər”. Bu şirkətlərdən 6-sının “Azərbaycanın pulyuyan maşınına” daxil olduğunu müəyyənləşdiriblər.

İlk dəfə OCCRP-nın 2017-ci ildə hazırladığı hesabatda bu adla açıqlanmış sistem ölkənin hakim elitasına vəsaitləri mənimsəmək, vergidən yayınmaq, çirkli pulları yumaq və Azərbaycandan çıxararaq Qərbə ötürmək imkanı verirdi. Burada isə həmin vəsaitlər dəbdəbəli mülklərə və lüks həyat tərzinə çevrilirdi.

OCCRP-ın hesabatında deyilir ki, onun təhqiqatçı jurnalistləri bu altı şirkətdən başqa müstəntiqlərin gözündən qaçan 7-ci şirkəti də aşkar ediblər. Bu şirkət də sözügedən “pulyuyan maşının” başqa şübhəli tranşlarında iştirak edib.

Şikətin təqdim etdiyi hesabatda vurğulanır ki, bundan əvvəlki təhqiqatlar yüksək elitaya daxil azərbaycanlıların “Pulyuyan maşından” istifadə etdikərini göstərmişdisə də, Cavadova prezident Əliyev ailəsindən bu mexanizmlə bağlı adı çəkilən ilk şəxsdir.

Onu da qeyd olunur ki, qadının atası parlamentin üzvü, ərin atası isə ötən ilədək enerji nazirinin müavini olub. Atasının tutduğu vəzifə Süleyman Cavadova “siyası əhəmiyyətli şəxs” (politically exposed person ya qısaca PEP) statusu verirdi.

Milli Cinayət Agentliyi bildirdi ki, Cavadov Britaniyanın Coutts bankında hesab açarkən Azərbaycandakı nazir müavini ilə heç bir qohumluğunun olmadığını bəyan edib. O deyib ki, nazir müavini ilə sadəcə olaraq eyni soyadı daşıyır.

Hesabatda qeyd olunur ki, Cavadovların pulun mənşəyi barədə banka verdikləri məlumatlar və polisdə olan məlumatlar  bir-birindən fərqli olub. Aşkar olunurb ki, İzzət Cavadova banka bu hesaba Azərbaycandakı bir daşınmaz əmlak şirkətindən kirayə gəlirlərinin daxil olacağını deyib.

Lakin sənədlərdən məlum olur ki, bu hesaba daxil olan vəsaitlər Cavadovların kirayədən aldıqları və elə banka da bəyan etdikləri gəlirdən iki dəfə çox olub. Cütlük 20 şirkətdən daxil olan pulların izahatı kimi ev kirayəsi haqqında 250 müqavilə və bu evlərin idarə olunması - menecmenti üçün kontraktlar təqdim edib. Məhkəmə sənədlərindən məlum olur ki, bu iki mənbə üzrə 2015 və 2018-ci illər arasında 2.4 milyon dollar köçürülüb.

Lakin NCA məhkəməyə bildirib ki, sözü gedən müqavilələrlə bank transferlərinin tarixləri uyğun gəlmir və menecment haqqında bir müqavilə isə ümumiyyətlə pulun transferindıən sonra bağlanıb.

Bundan başqa prokurorlar Cavadovların sözü gedən müqavilələrdəki imzalarının etibarlığını, habelə ofşor şirkətlərdən istifadənin məqsədini sual altına alıblar.

“Şotland və ya irland MMC-si və ya Seyşel şirkətinin Azərbaycanda daşınmaz əmlakları necə idarə etməsi və bu zaman Estoniya və ya Latviyadakı bank hesablarından niyə istifadə olunması barədə heç bir izahat verilməyib”.

NCA müstəntiqləri isə diqqəti sözü gedən 20 şirkətdən heç birinin Azərbaycanda olmamasına və buna görə də Cavadovların mülkləri üçün kirayə haqqı ödəyə biləcəklərinin şübhəli görünməsinə çəkirdilər. Üstəlik də bu ödənişlərdən heç biri birbaşa Azərbaycandan gəlməmişdi.

Cavadovlar bildiriblər ki, onların aldıqları pulların kirayəçilərdən deyil, çirkli pulların yuyulması üçün yaradılmış qanunsuz vasitəçi təşkilatdan gəlir.

NCA müstəntiqləri vurğuladılar ki, Cavadovların istifadə etdikləri şirkətlərdən birinin nə daşınmaz mülkiyyət menecmentinə, nə də Cavadovlara aiddiyyəti yox idi. Məsələn bu şirkət başqa bir şirkətə Azərbaycana lifli-optik kabellərin göndərilməsinə görə ödəniş edib. Bu ödənişdə əlaqəçi şəxs kimi əslində Azərbaycanın Gənclər və İdman Nazirliyinin bir əməkdaşı göstərilib.

Hesabatda onu da qeyd olunub ki, btün bunlar pul köçürmələri üçün alternativ sistem sayılan “Pulyuyan maşının” işi üçün tamamilə xarakterik bir haldır. Bu halda irəlicədən ödənişin Azərbaycandakı dövlət qurumunun təchizatı üçün göndərilmiş mallara görə edildiyi təsəvvürü yaranmalıydı.

OCCRP-nin yeni araşdırmasında qeyd olunub ki, Cavadovlar qalan 18 şirkət barədə də izahat verə bilməyiblər və belə bir məlumata malik olduqlarını qəbul etməyiblər. Qeyd olunur ki, bunlar ziddiyyət yaradıblar., çünki NCA-nin əlində olan sənədlərə görə Süleyman Cavadov 2012 və 2013-cü illərdə banka verdiyi məlumatda bu şirkətlərdən üçünün onun biznes etdiyi broker firmaları olduğunu bildirdi.

Təqdim olunan hesabatda bildirilib ki, Britaniya müstəntiqləri Cavadovların Azərbaycandakı gəlir mənbələrinin legitimliyi məsələsini araşdırmayıblar, çünki bu onların istintaqından kənarda olan bir məsələ olub. Müstəntiqlər deyirlər ki, Cavadovların Azərbaycanda “kirayə gəlirlərinin və əhəmiyyətli sərvətə çıxışlarının” olması ağlabatan görünsə də, onların Britaniya bank hesablarına daxil olan pulların daşınmaz əmlakdan gələn gəlir olması inandırıcı görünmür.

Məhkəmənin həll etməli olduğu məsələ Cavadovların hesablarında qalan 6.5 milyon funt sterlinqin (9.2 milyon dollar) gələcək taleyidir.Bununla bağlı məhkəmə dinləmələri iyulda başlanacaq.

Baxışların sayı266
facebook icon twitter icon
Հիմա եթերում
Xəbər lenti
  • Rusiyanın NATO-ya hücum təhlükəsi görmürük։ Tramp 16:3628 Avq, 2026
  • Mher Qriqoryan və Avrasiya İqtisadi Birliyinin naziri texniki tənzimləmə sahəsindəki məsələləri müzakirə ediblər 15:1528 Avq, 2026
  • Lavrov Ermənistan tərəfinin “Cənubi Qafqaz Dəmir Yolu” ilə bağlı açıqlamaları barədə 13:3128 Avq, 2026
  • Ararat- Armenia Avropa Liqasına vəsiqə qazandı 11:2728 Avq, 2026
  • Müdafiə Nazirliyinin inzibati kompleksində "Hərbi hissələrdə görülən işlər və hərbi intizamın möhkəmləndirilməsi" mövzusunda məsləhətləşmə keçirilib 17:2427 Avq, 2026
  • Paşinyan və Kobaxidze Ermənistan-Gürcüstan strateji münasibətlərinin gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər 16:0927 Avq, 2026
  • Yerevan hələ ki, Avropaya inteqrasiya istəklərini AİB ilə əlaqələndirməyi zəruri hesab etməyib: Zaxarova 15:3927 Avq, 2026
  • Azərbaycan, Gürcüstan, İran və Türkiyə ilə elektrik enerjisinin idxalı və satışı mövzusunu müzakirə edirik: Paşinyan 14:4427 Avq, 2026
  • ER Xarici İşlər Nazirliyi Nepal və Çində baş verən daşqınlarda həlak olanların ailələrinə başsağlığı verib. 11:5227 Avq, 2026
  • Ermənistan Respublikasının Polşada hərbi attaşesi olacaq 10:2727 Avq, 2026
  • Referendum keçiriləcəyi təqdirdə, Ermənistan əhalisinin reaksiyası Rusiyanı kədərləndirəcəck: Alen Simonyan 16:3126 Avq, 2026
  • Biz həmişə dürüst olmuşuq, Rusiya ilə münasibətləri pisləşdirmək üçün heç nə etmirik: Parlamentin sədri 14:0826 Avq, 2026
  • Peskov ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun Moskvaya səfəri haqqında 12:3926 Avq, 2026
  • Ermənistan-Fransa müdafiə əməkdaşlığının nailiyyətləri müzakirə olunub 11:5226 Avq, 2026
  • İran və Oman Hörmüz boğazından müvəqqəti keçidi müzakirə ediblər 11:2926 Avq, 2026
  • Sarqis Xandanyan və NATO-nun Gürcüstandakı Əlaqələndirici Ofisinin rəhbəri ER-NATO tərəfdaşlığının gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar 16:5425 Avq, 2026
  • Rusiya səfiri Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin olunması münasibətilə təbrik edib 15:2425 Avq, 2026
  • Laçında Ermənistan və Azərbaycan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə olunub 15:0525 Avq, 2026
  • Gevorq Papoyan və İran səfiri Ermənistan-İran iqtisadi əməkdaşlığının inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər 14:1625 Avq, 2026
  • ABŞ İran iqtisadiyyatının damarlarını kəsməklə məqsədlərinə çatmayacaq: Mədənizadə 13:0425 Avq, 2026
  • Ermənistan və Uruqvayı birləşdirən güclü dostluq münasibətləri daim inkişaf edir və möhkəmlənir: Nikol Paşinyan 11:4225 Avq, 2026
  • Kreml Londonun SCALP raket texnologiyasını Ukraynaya transfer etmək planlarından narazıdır 16:2624 Avq, 2026
  • Delimitasiya işləri başa çatana qədər davam edir: Nikol Paşinyan 15:2324 Avq, 2026
  • ER Parlamentinin konstruktiv dialoqu davam etdirmək niyyətindədir: Rubinyan Kopirkinə 14:5624 Avq, 2026
  • Biz 2029-cu ilə qədər Aİ ilə viza liberallaşdırılmasına nail olmaq niyyətindəyik. Paşinyan 12:1824 Avq, 2026
  • TRIPP heç bir xarici hərbi və ya silahlı iştirakı nəzərdə tutmur. Paşinyan 11:4224 Avq, 2026
  • Rusiyadan daha bir yük Gürcüstan və Azərbaycan üzərindən Ermənistana göndəriləcək 11:3122 Avq, 2026

Bütün müəllif hüquqları qorunur.

© 2026 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015