Avropa Şurasının Baş katibi Maria Peyçinoviç Buriç Ermənistanda keçirilən parlament seçkiləri münasibətilə Nikol Paşinyanı təbrik etdi.
O qeyd etdi ki, Parlament Assambleyasının nümayəndə heyəti də daxil olmaqla beynəlxalq müşahidəçilər seçkiləri rəqabətli və ümumiyyətlə mütəşəkkil olaraq qiymətləndirdilər.
“İndi seçki kampaniyası başa çatdıqdan sonra siyasi partiyalar və vətəndaş cəmiyyəti ilə konstruktiv bir dialoqa diqqət yetirmə vaxtı gəldi. Bu baxımdan, Avropa Şurasının insan hüquqları, demokartiya və qanunun aliliyi standartlarına əsaslanan islahatlar prosesində Ermənistana kömək etməyə davam etməyə hazır olduğunu təsdiqləyirəm”,- deyə o qeyd etdi.