Türk iqtisadçı, profesor Ahmet İnsel Ərdoğan hakimiyyəti dövründə hökumət sistemindəki üç "yeniliyi" təqdim etdi. Bunlar isə Türkiyə üçün ciddi problemlərə çevriləcək. Bu barədə “Ermenihaber” bildirdi.
Birincisi, qanunun tabeliyidir.
“Türkiyədə Konsitusiyada hökumətə faydası olduğu qədər hərəkət edir”,- deyə İnsel qeyd etdi.
İkincisi, dövlət strukturlarının disfunksiyasıdır. Bu halda məhkəmələr, universitetlər, nazirliklər, ictimai xidmətlər, bələdiyyələr, xəzinən, Mərkəzi Bank və digər dairələ bir qurum və bir nəfər tərəfindən idarə olunur.
Üçüncüsü, daimi qaydaların olmamasıdır.
“Bu gün Türkiyədə elə bir sistem var ki, rejimin qoyduğu qaydalar belə davamlı deyildir. İqtidarda olan şəxs istənilən qaydanı dəyişə bilər",- o deyib.
Türkiyənin hazırkı hakimiyyətini "Ərdoğançılıq" adlandıran professor qeyd etdi ki, bu idarəolunmaz hala gəldi.
Gözlənilməzlik, Ərdoğanın daxili və xarici siyasətinin əsas xüsusiyyəti halına gəldi, bu da İnselin xüsusilə iqtisadi sahədə dağıdıcı ola bilər.