İtaliyalı deputatlar Masimiliano Kapitanio və Culiyo Çentemero Azərbaycanda olan erməni əsirləri qeyd-şərtsiz azad etməyə çağırıblar.
Deputatların bəyanatında qeyd olunur ki, Azərbaycan Türkiyənin dəstəyi ilə siyasi məqsədləri ilə çox erməni əsirini girov saxlamağa davam edir.
“Bilirik ki, bir neçə gün əvvəl Türkiyə və Azərbaycan prezidentlərinin söhbəti ilə bağlı narahatedici bir video yayılıb. Bu sübut edir ki, Azərbaycan erməni əsirləri qanunsuz olaraq saxlanır və minalanmış ərazilərin xəritələri və ya digər güzəştlər üçün mübadilə üçün istifadə edir.
Hökumətimizdən beynəlxalq humanitar hüququn bütün müddəalarını pozmağa davam edənlərə qarşı mövqeyini ifadə edərək səsini ən qısa zamanda eşitdirməsini gözləyirik. Bütün hərbi əsirlərin, həbsdə olan mülki şəxslərin dərhal azad edilməsini və qeyd-şərtsiz vətənə qaytarılmasını tələb edirik”,- deyə bəyanatda qeyd olunur.