• Հայ
  • Eng
  • РУС
  • Az
Azərbaycan Müdafiə Nazirliyi dezinformasiya yaymaqda davam edir: Artsax МО Azərbaycan Müdafiə Nazirliyi dezinformasiya... 11:37
ER Silahlı Qüvvələri Azərbaycan mövqeləri istiqamətində atəş açmayıb: Müdafiə Nazirliyi ER Silahlı Qüvvələri Azərbaycan... 11:20
Nikol Paşinyan Türkiyə prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Türkiyəyə gedəcək Nikol Paşinyan Türkiyə prezidentinin... 17:34
  • Proqramlar
  • Artsaxa qarşı hücum
  • COVİD-19
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Artsax
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dünya
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
Suriyada İŞİD-in tərkibində vuruşan azərbaycanlı həbs edilib
İctimaiyyət
14:0925 May, 2021

Suriyada İŞİD-in tərkibində vuruşan azərbaycanlı həbs edilib

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İŞİD-in tərkibində olduğu bildirilən Orxan Camalovu həbs edib.
 
Camalov Cinayət Məcəlləsinin 12.1, 218.2-ci (cinayətkar birlikdə iştirak etmə) və 283-1.3-cü (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycanın hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə məqsədilə yaradılmış qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.
 
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir ki, Azərbaycan vətəndaşı Orxan Camalovun 2014-cü ildə ölkə hüdudlarını tərk edərək İŞİD terror təşkilatının Suriyadakı silahlı qruplaşmasına daxil olması, həmin qanunsuz birləşmənin tərkibində fəaliyyət göstərməsinə dair əldə edilmiş məlumatlar əsasında əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
 
“Əvvəllər Orxan Camalov Azərbaycanın Zaqatala rayon sakini İlqar Mollaçiyevin rəhbəri olduğu “Meşə qardaşları” adlı qanunsuz silahlı birləşmənin üzvlərinin ölkə ərazisində terror-təxribat aktları törətmək niyyətlərinin qarşısının alınması zamanı yaşadığı ünvandan əl qumbaraları və müxtəlif çaplı patronlar aşkarlandığına görə məhkum olunub. 
 
Orxan Camalov azadlığa çıxdıqdan sonra “Hanzala” ləqəbli Şamil adlı şəxsin dəvəti və köməyi ilə 2014-cü ilin avqust ayında Türkiyəyə, oradan isə qanunsuz yollarla Suriyanın ərazisinə keçərək Rakka şəhərinə gedib. Orxan Camalovun orada İŞİD terror təşkilatına tabe olan “Azəri camaatı” adlı qanunsuz silahlı birləşməyə qoşulmasına, həmin cinayətkar qrupun tərkibində təlimlərdə və silahlı münaqişələrdə iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib”, -deyə Dövlət Təhlükəsizliyi Xidməti bildirir.
 
Baxışların sayı185
facebook icon twitter icon
Հիմա եթերում
Xəbər lenti
  • Azərbaycan XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməməyə çağırıb 12:2903 İyn, 2023
  • Azərbaycan Müdafiə Nazirliyi dezinformasiya yaymaqda davam edir: Artsax МО 11:3703 İyn, 2023
  • ER Silahlı Qüvvələri Azərbaycan mövqeləri istiqamətində atəş açmayıb: Müdafiə Nazirliyi 11:2003 İyn, 2023
  • Bu gün Türkiyə prezidentinin andiçmə mərasimi keçiriləcək 10:3903 İyn, 2023

Bütün müəllif hüquqları qorunur.

© 2022 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015