Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin Humanitar reaksiya mərkəzinin əməkdaşları "Rusiya Humanitar Missiyası" xeyriyyə təşkilatı adından Şoş və Paravatumb yaşayış məntəqələrinə humanitar yardım çatdırdılar. Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi bildirir.
Ümumilikdə, son iki həftə ərzində 50-yə yaxın tibbi avadanlıq Dağlıq Qarabağ həkimlərinə təhvil verilib. Rus sülhməramlılar Askeran rayonunun Xndzristan, Astğaşen, Badara, Lusadzor, Aygestan, Daşyşen və Şoş yaşayış məntəqələrinə, eləcə də Martuni rayonunun Krasniy, Nngi, Paravatumb, Kagarun, Varanda, Kendkurd və Mushkanat kəndlərinə tibbi avadanlıqlar çatdırdılar.