• Հայ
  • Eng
  • РУС
  • Az
Baş nazir Paşinyan iki günlük işgüzar səfərlə Qırğızıstana getdi Baş nazir Paşinyan iki... 10:34
Ruben Rubinyan Ermənistan Respublikası Parlamentinin 9-cu çağırışının sədri seçildi Ruben Rubinyan Ermənistan Respublikası... 14:32
Ermənistan hökumətinin rusiyalı investorlar üçün rahat mühit yaratmağa davam etməsi vacibdir: Mişustin Ermənistan hökumətinin rusiyalı investorlar... 16:53
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
The Guardian: Azərbaycanda dövlətin dəstəyi ilə aparılan trol kampaniyası yenidən işə başlayıb
İctimaiyyət
13:3514 Apr, 2021

The Guardian: Azərbaycanda dövlətin dəstəyi ilə aparılan trol kampaniyası yenidən işə başlayıb

Aprelin 13-də Britaniyada qərargahlanan The Guardian qəzetində dərc olunan məqalədə Facebook-un Azərbaycandakı trol şəbəkəsinə qadağalar tətbiq etməsindən altı ay sonra müstəqil xəbər agentlikləri və müxalif siyasətçiləri hədəf alan və dövlətin dəstəyi ilə aparılan trol kampaniyasının yenidən işə başladığı deyilir. Məlumatı Turan agentliyi yayıb.

Facebook 2020-ci ilin oktyabr ayında “koordinasiya edilmiş saxta davranış” əleyhinə qaydalarını pozduqlarına görə YAP-la əlaqəsi olan 8,000 Facebook və Instagram hesabı və səhifəsini sildiyini elan edib.

The Guardian-ın trol əməliyyatının ən əsas hədəfləri üzərində apardığı təhlilin nəticələri trol əmliyyatının bərpa olunduğunu göstərir. Azad Söz müstəqil xəbər agentliyinin Facebook-dakı bir postunun təhlili göstərir ki, 301 şərhin 294-ü istifadəçi hesablarına bənzəmək üçün yaradılan Facebook səhifələrindən yazılıb.

Bu təhlilin nəticəsi onu göstərir ki, Dünya Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 168-ci yerdə qərarlaşan Azərbaycanda azad ifadə üçün yeganə məkan olan Facebook-da debatı qapatmasına imkan yaranıb.

Facebook-un əməkdaşı Sofi Janq Facebook-da saxta hesablardan gələn saxta layk, paylaşım və şərhlərə qarşı mübarizə komandasında çalışarkən trol əməliyyatının üstünü açıb. O, istifadəçi hesablarına bənzər yaradılan minlərlə Facebook səhifəsinin olduğunu və onlardan Azərbaycanda çox az sayda müstəqil xəbər portalı və müxalif siyasətçilərin səhifələrində şərh yazmaq üçün istifadə olunduğunu aşkarlayıb. Şərhlər isə demək olar yalnız həftə içi səhər saat 9-dan axşam saat 6-dək yazılıb.

Trol əməliyyatının hədəfləri arasında Azadlıq qəzeti, Azad Söz, Mikroskop Media, Azadlıq Radiosu kimi xəbər portalları, habelə siyasi müxalifət, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun sədri Əli Kərimli yer alıb.

Əli Kərimli, rejimin təxminən 10,000 tam-ştatlı trol işə aldığını bildirib. Onlar Bakıda yaşayır və YAP-ın gənclik qolunda, habelə Daxili İşlər Nazirliyi və dövlətin maliyyətləşdirdiyi QHT-lərin daxilində fəaliyyət götərir.

YAP məsulları The Guardian qəzetinin sorğularına cavab verməyib.

Regionda texnologiya və müxalifəti araşdıran bir tədqiqatçı deyib ki, hakim partiyanı tərifləyən, müxalifəti isə pisləyən şərhlər yazmaq üçün trollardan istifadə etmək “avtoritaritarizmin sosial alətlərindən biridir.”

Facebook-da Janq həyəcan təbili çalıb və müxtəlif menecerlər, icraçılar və Facebook-un təhlükə kəşfiyyatı komandasına məlumat göndərib və dəfələrlə onlardan məsələ ilə bağlı cavab almağa çalışıb. Facebook nəhayət 2019-cu ilin dekabr ayında məsələni araşdırmaq üçün təhqiqatçı təyin edib və həmin təhqiqatçı 2020-ci ilin fevral ayında trol şəbəkəsinin YAP-dakı rəsmilərlə əlaqəsinin olduğunu müyyən edib.

Avroritar rejimin müxalifəti təqib etmək üçün Facebook-un qaydalarını pozduğuna dair dəlillərin olmasına baxmayaraq, Facebook 2020-ci ilin martında təhqiqatı dayandırıb və daha sonra Janqın şirkət daxilində şikayətlərinin ardınca avqustda araşdırmanı yenidən bərpa edib.

Facebook 8000 Facebook və Instagram hesabı və səhifəsini bağladığını elan etdiyi zaman Azərbaycan Ermənsitanla Dağlıq Qarabağ üzərində müharibə aparırdı.

Korrupsiya hallarını üzə çıxardığına görə iki il müddətinə həbs olunan bloger Mehman Hüseynov deyir ki, trolar hədəflərinin zaman və enerjilərini alırlar və tez-tez Facebook-da saxta şikayətlər edirlər ki, bu da jurnalist və ya blogerlərin sosial media hesablarının dondurulması ilə nəticələnir.

The Guardian-da bildirilir ki, Azərbaycanda dövlətin dəstəklədiyi trol fabrikinin mövcudluğu 2014-cü ildə ingilis dilində dərc olunan bir tədqiqatda, 2018-ci ildə isə ABŞ-da qərargahlanan Gələcək üçün İnstitutunun hesabatında qeyd olunub.

"Azərbaycandakı repressiyanın dərəcəsi o səviyyədədir ki, Facebook-un rejimin qaydaları pozmasına nəzarət etməməsi böyük zərərlərə səbəb olub, çünki Facebook Azərbaycanda internet istifadəçilərinin çıxışı olduğu və özlərini ifadə edə biləcəkləri yeganə vasitədir."

Baxışların sayı94
facebook icon twitter icon
Հիմա եթերում
Xəbər lenti
  • Rusiyanın NATO-ya hücum təhlükəsi görmürük։ Tramp 16:3628 Avq, 2026
  • Mher Qriqoryan və Avrasiya İqtisadi Birliyinin naziri texniki tənzimləmə sahəsindəki məsələləri müzakirə ediblər 15:1528 Avq, 2026
  • Lavrov Ermənistan tərəfinin “Cənubi Qafqaz Dəmir Yolu” ilə bağlı açıqlamaları barədə 13:3128 Avq, 2026
  • Ararat- Armenia Avropa Liqasına vəsiqə qazandı 11:2728 Avq, 2026
  • Müdafiə Nazirliyinin inzibati kompleksində "Hərbi hissələrdə görülən işlər və hərbi intizamın möhkəmləndirilməsi" mövzusunda məsləhətləşmə keçirilib 17:2427 Avq, 2026
  • Paşinyan və Kobaxidze Ermənistan-Gürcüstan strateji münasibətlərinin gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər 16:0927 Avq, 2026
  • Yerevan hələ ki, Avropaya inteqrasiya istəklərini AİB ilə əlaqələndirməyi zəruri hesab etməyib: Zaxarova 15:3927 Avq, 2026
  • Azərbaycan, Gürcüstan, İran və Türkiyə ilə elektrik enerjisinin idxalı və satışı mövzusunu müzakirə edirik: Paşinyan 14:4427 Avq, 2026
  • ER Xarici İşlər Nazirliyi Nepal və Çində baş verən daşqınlarda həlak olanların ailələrinə başsağlığı verib. 11:5227 Avq, 2026
  • Ermənistan Respublikasının Polşada hərbi attaşesi olacaq 10:2727 Avq, 2026
  • Referendum keçiriləcəyi təqdirdə, Ermənistan əhalisinin reaksiyası Rusiyanı kədərləndirəcəck: Alen Simonyan 16:3126 Avq, 2026
  • Biz həmişə dürüst olmuşuq, Rusiya ilə münasibətləri pisləşdirmək üçün heç nə etmirik: Parlamentin sədri 14:0826 Avq, 2026
  • Peskov ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun Moskvaya səfəri haqqında 12:3926 Avq, 2026
  • Ermənistan-Fransa müdafiə əməkdaşlığının nailiyyətləri müzakirə olunub 11:5226 Avq, 2026
  • İran və Oman Hörmüz boğazından müvəqqəti keçidi müzakirə ediblər 11:2926 Avq, 2026
  • Sarqis Xandanyan və NATO-nun Gürcüstandakı Əlaqələndirici Ofisinin rəhbəri ER-NATO tərəfdaşlığının gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar 16:5425 Avq, 2026
  • Rusiya səfiri Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin olunması münasibətilə təbrik edib 15:2425 Avq, 2026
  • Laçında Ermənistan və Azərbaycan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə olunub 15:0525 Avq, 2026
  • Gevorq Papoyan və İran səfiri Ermənistan-İran iqtisadi əməkdaşlığının inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər 14:1625 Avq, 2026
  • ABŞ İran iqtisadiyyatının damarlarını kəsməklə məqsədlərinə çatmayacaq: Mədənizadə 13:0425 Avq, 2026
  • Ermənistan və Uruqvayı birləşdirən güclü dostluq münasibətləri daim inkişaf edir və möhkəmlənir: Nikol Paşinyan 11:4225 Avq, 2026
  • Kreml Londonun SCALP raket texnologiyasını Ukraynaya transfer etmək planlarından narazıdır 16:2624 Avq, 2026
  • Delimitasiya işləri başa çatana qədər davam edir: Nikol Paşinyan 15:2324 Avq, 2026
  • ER Parlamentinin konstruktiv dialoqu davam etdirmək niyyətindədir: Rubinyan Kopirkinə 14:5624 Avq, 2026
  • Biz 2029-cu ilə qədər Aİ ilə viza liberallaşdırılmasına nail olmaq niyyətindəyik. Paşinyan 12:1824 Avq, 2026
  • TRIPP heç bir xarici hərbi və ya silahlı iştirakı nəzərdə tutmur. Paşinyan 11:4224 Avq, 2026
  • Rusiyadan daha bir yük Gürcüstan və Azərbaycan üzərindən Ermənistana göndəriləcək 11:3122 Avq, 2026

Bütün müəllif hüquqları qorunur.

© 2026 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015