ER Baş nazirinin müavini Mher Grigoryan Almaniyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mixayel Yohannes Bantsahfi qəbul edib.
Səfiri salamlayan Baş nazirin müavini koronavirus və Artsax müharibəsi nəticəsində ölkədə yaranan vəziyyəti, humanitar və sosial-iqtisadi problemləri təqdim edib. Bu çərçivədə Mher Grigoryan, Almaniyaya koronavirusla mübarizədə verdiyi dəstəyə görə təşəkkür edib.
Qəbula görə təşəkkür edən səfir iki ölkə arasında müxtəlif sahələrdə, xüsusən iqtisadi sahədə əməkdaşlığın mümkün inkişaf istiqamətlərini təqdim edib.
Görüş zamanı tərəflər koronavirus peyvəndi və regional inkişaflarla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.