Bu yaxınlarda Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycana işgüzar səfər edəcək. “İnterfax”-a əsasən, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze məlumat verib.
“Bu yaxınlarda Gürcüstanın baş nazirinin Azərbaycana işgüzar səfəri planlaşdırılır”, - deyə o, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevlə görüşü zamanı bildirib.
Səfir təşkil olunacaq Azərbaycan-Gürcüstan iqtisadi komissiyasının görüşü çərçivəsində biznes-forumun keçirilməsini təklif edib.
Öz növbəsində, M.Musayev Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli formatında biznes əlaqələrinin davam etdirilməsinin vacibliyini bildirərək, hər üç ölkənin iş adamlarının iştirakı ilə birgə biznes-forumun keçirilməsini təklif edib.