Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində Ermənistanın Baş nazirinə Visbadendə Hessen federal parlamentində keçiriləcək təntənəli mərasimdə Cənubi Qafqazda sülhün bərqərar olması səylərinə görə Hessen Sülh Mükafatı veriləcək.
Daha sonra Nikol Paşinyan Frankfurt Sənaye və Ticarət Palatasında yerli iş adamları ilə görüşəcək.