Ermənistanın Baş naziri Cənubi Qafqazda sülhün bərqərar olması səylərinə görə Hessian Sülh Mükafatına layiq görülüb. Bu barədə Baş nazirin mətbuat katibi Melaniya Harutyunyanın Facebook səhifəsində bildirilib.
Daha əvvəl xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya Federativ Respublikasına işgüzar səfərə gedib.
Nikol Paşinyan Frankfurt Sənaye və Ticarət Palatasında yerli iş adamları ilə görüşəcək.