16 sentyabrda Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Gürcüstanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Giorgi Şarvaşidzeni qəbul edib. Bu barədə Təhlükəsizlik Şurasının ofisindən məlumat verilib.
Tərəflər ikitərəfli münasibətlərlə bağlı bir sıra məsələləri müzakirə ediblər. Regional hadisələrə də toxunulub.