Ermənistan Respublikası Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinin nümayəndələri, ABŞ-ın müvəqqəti işlər vəkili David Allen, Dövlət Departamentinin Siyasət Planlaşdırması üzrə baş məsləhətçisi Dr. Con Askonas, AECOM Mühəndislik Şirkətinin nümayəndələri ilə birlikdə Goris, Meğri və Kapanda keçirilən görüşlərdə iştirak edərək “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” (TRIPP) proqramını müzakirə ediblər. Bu barədə Ermənistandakı TRIPP proqramının rəsmi Facebook səhifəsində bildirilib.
“Syunik icmalarının nümayəndələri Ermənistanda TRIPP-in tətbiqinin gedişatı barədə birbaşa Ermənistan və ABŞ rəsmilərindən məlumat əldə ediblər, suallar veriblər, fikirlərini bildiriblər və regional əlaqələrin genişləndirilməsinin Ermənistanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyərkən Ermənistan, xüsusən də Syunik üçün yeni iqtisadi imkanlar yarada biləcəyini müzakirə ediblər.
TRIPP Ermənistanda tətbiq olunduqca ictimaiyyətin məlumatlılığını və iştirakını təmin etmək üçün bu cür dialoq davam etdiriləcək”, - deyə qeyd edilib.