Əgər yaxın gələcəkdə Ermənistanda Avropa Birliyinə və ya Avrasiya İqtisadi Birliyinə üzvlüklə bağlı referendum keçirilsəydi, Rusiya Ermənistan əhalisinin reaksiyasından çox narazı qalardı. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan "Dojd" telekanalının efirində bildirib.
"Hətta bizim partiyaya səs verməyən insanlar belə 2020-ci il müharibəsi zamanı Rusiyanın mövqeyindən və ondan sonrakı hadisələrdən, müxtəlif jurnalistlərin, ictimai və dövlət xadimlərinin, eləcə də Belarus hakimiyyətinin açıqlamalarından çox inciyiblər", - Simonyan qeyd edib.
Eyni zamanda, Simonyan qeyd edib ki, bu məsələ reallaşanda Ermənistan öz seçimini edəcək.
"Bu məsələ reallaşanda seçimimizi edəcəyik. Hazırda Avropa Birliyinə üzvlük istiqamətində konkret addımlar yoxdur. Biz AİB-dən çıxmaq istəmirik və çıxmaq niyyətində deyilik", - Simonyan vurğulayıb.
Simonyan həmçinin Ermənistan dəmir yollarının idarə olunmasını üçüncü tərəfə vermək üçün Rusiyaya edilən müraciətə toxunaraq bunun siyasi bir addım olmadığını qeyd edib.
“Biz Rusiya tərəfindən bu dəmir yollarının fəaliyyət göstərməsi üçün çeviklik göstərməsini xahiş edirik. Əgər vəziyyətdən çıxış yolu tapmaq mümkün olmazsa, Ermənistan məhkəməyə müraciət edə bilər, çünki dəmir yolunun istismarı milli təhlükəsizlik məsələsidir”, - deyə Simonyan yekunlaşdırıb.