25 avqust 2026-cı il tarixində Laçın şəhərində Ermənistan Respublikası Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və Ermənistanın "Elektrik-energetik Sistemi Operatoru" şirkətinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin və Azərbaycanın "Azərenerji" şirkətinin nümayəndələrinin işgüzar görüşü keçirilib. Bu barədə Ərazi İdarəetmə Nazirliyi məlumat verib.
Görüş zamanı tərəflər iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını, eləcə də iki dövlətin enerji infrastrukturlarının dövlət sərhədində birləşdirilməsi üçün mümkün variantları müzakirə ediblər.