Gürcüstan və Azərbaycan vasitəsilə Ermənistana 979 ton ağırlığında 14 vaqon buğda göndərilib. Qatar 6 avqustda Azərbaycanın Biləcər stansiyasından yola düşüb.
İndiyə qədər Azərbaycan vasitəsilə Ermənistana 36 min tondan çox taxıl, təxminən 9 min tona yaxın gübrə və digər mallar çatdırılıb.
Eyni zamanda, Azərbaycandan Ermənistana təxminən 15 min ton dizel yanacağı, eləcə də təxminən 5 min ton benzin idxal edilib