Ermənistan Respublikasının xarici işlər nazirinin müavini Mnatsakan Safaryan Portuqaliyanın Ermənistandakı yeni təyin olunmuş səfiri Sara Feronya Martinsi (iqamətgahı Moskvadadır) etimadnaməsinin surətini təqdim etməsi münasibətilə qəbul etdi. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat verib.
Nazir müavini səfir Martinsi diplomatik missiyasının başlaması münasibətilə təbrik etdi, ona səmərəli fəaliyyət və uğurlar arzuladı. O, həmçinin əmin olduğunu bildirdi ki, səfirin fəaliyyəti dövründə Ermənistan-Portuqaliya münasibətləri daha da möhkəmlənəcək və qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə və inkişafına töhfə verəcək.
Tərəflər ikitərəfli gündəliyin bir sıra məsələləri üzrə fikir mübadiləsi apardılar, ticarət-iqtisadi əməkdaşlığın aktivləşdirilməsinin vacibliyini vurğuladılar.
Görüş zamanı tərəflər regional və beynəlxalq gündəlikdəki cari məsələlərə də toxundular.