Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan ABŞ Beynəlxalq Biznes Şurasının (USCIB) Qlobal Təsir Təşəbbüsləri üzrə baş vitse-prezidenti Kristen Kaufman və Ətraf Mühit və Davamlı İnkişaf üzrə baş direktoru Aqnes Vinblad ilə görüşüb.
Görüş zamanı Ermənistan və USCIB arasında əməkdaşlıq imkanları, xüsusən də davamlı inkişaf, siyasətin inkişafı, özəl sektorun iştirakı və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi sahələrində müzakirə edilib.
USCIB biznes nümayəndə heyətinin Ermənistanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflərinin 17-ci Konfransında (COP17) iştirakı da müzakirə olunub.
Görüş zamanı səfir Mkrtçyan həmçinin Ermənistan hökuməti tərəfindən həyata keçirilən iqtisadi islahatları, investisiya mühitinin yaxşılaşdırılmasına yönəlmiş addımları təqdim edib və beynəlxalq biznes dairələri ilə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.