İranın Mehr xəbər agentliyi İran Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir ki, üçüncü ölkələrin İrana qarşı təcavüzdə iştirakı onları cavab zərbələrinin qanuni hədəfinə çevirəcək.
Agentlik qeyd edib ki, "təcavüzkarla hər hansı bir əlbirlik və ya əməkdaşlıq nəticələrə səbəb olacaq və İrana qarşı zərbələrin endirildiyi mənbələr və yerlər İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən müdafiə zərbələrinin qanuni hədəfinə çevriləcək".
ABŞ Mərkəzi Komandanlığı əvvəllər İrana təxminən altı saat davam edən daha bir hücumun başa çatdığını elan etmişdi.