Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında gələcək iştirakı ilə bağlı rəsmi qərar qəbul etməsini gözləyir. Bu barədə Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Viktor Vasilyev bildirib.
Onun sözlərinə görə, Yerevan ittifaqla qarşılıqlı əlaqə formatını müəyyənləşdirməli və təşkilatın tərəfdaşlarını bu barədə məlumatlandırmalıdır.
"Onlar ya təşkilatda qalırlar, ya da başqa bir ssenariyə üstünlük verirlər. Bu barədə bizə məlumat verməlidirlər", - Vasilyev bildirib.