Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos Ararat Mirzoyanla görüşündə Aİ-nin Ermənistanı dəstəkləməyə hazır olduğunu bildirib.
“Rusiya Ermənistana təzyiqi artırmağa davam edir, ölkəni son seçkilərdə xalqın etdiyi demokratik seçimdən yayındırmaq üçün öz təsirindən istifadə etməyə çalışır.
Xarici İşlər Nazirləri Şurasının sabahkı iclasından əvvəl xarici işlər naziri Ararat Mirzoyanla görüşdüm. İclasda üzv dövlətlərlə həmrəyliyimizi nümayiş etdirərək Ermənistana daha çox dəstək vermək məsələsini müzakirə edəcəyik.
Biz maliyyə yardımı göstərəcək və Ermənistana qonşuları və Avropa ilə ticarəti daha da asanlaşdırmağa kömək edəcəyik”, - deyə Marta Kos özünün X səhifəsində yazıb.
Aİ-nin genişlənmə üzrə komissarının konkret addımlar atmaq üçün 5 iyulda Yerevana səfəri planlaşdırılır.