ABŞ prezidenti Donald Tramp bildirib ki, İranla hər hansı yeni razılaşma 2015-ci il Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) "tam əksi" olacaq.
ABŞ prezidenti Donald Tramp İranla münaqişəyə son qoymaq üçün gələcək razılaşmanın ölkənin nüvə silahı inkişaf etdirməsinin qarşısını alacağında israr edib. Tramp Truth Social-da yazıb: "Tehranla bu razılaşma, İranın nüvə silahı inkişaf etdirməsi üçün birbaşa və açıq bir yol olan uğursuz BHFPP-nin tam əksi olacaq. Xeyr, mən belə bir razılaşma bağlamıram".
Hazırda İranın nüvə proqramını tənzimləyən heç bir beynəlxalq razılaşma yoxdur. Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran arasında 2015-ci il Birgə Hərtərəfli Fəaliyyət Planının və ya BHPP-nin müddəti 2025-ci ilin oktyabrında başa çatıb.