İran ABŞ-ın münaqişəyə son qoymaq təklifini öyrənir və Pakistan tərəfini öz fikri ilə tanış edəcək. Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqayi bildirib.
Daha əvvəl tərəflərin münaqişəyə rəsmi olaraq son qoyacaq və Hörmüz boğazının açılması, ABŞ-ın İrana qarşı sanksiyalarının ləğvi və İranın nüvə proqramının məhdudlaşdırılmasına yönəlmiş danışıqlara başlayacaq 1 səhifəlik memorandum imzalamağa yaxın olduqları barədə məlumat yayılmışdı.
Öz növbəsində ABŞ prezidenti Donald Tramp son 24 saat ərzində yaxşı danışıqların aparıldığını və tezliklə razılaşma əldə edilə biləcəyini bildirib. Daha əvvəl Tramp Tehran ABŞ təklifləri ilə razılaşmasa, İranı bombalamağa davam edəcəyi ilə hədələmişdi.