Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edib. Bu barədə məlumatı ER XİN-in sözçüsü Ani Badalyan bildirib.
Xatırladaq ki, 28 noyabrda Qəbələ şəhərində Ermənistan və Azərbaycan arasında Dövlət Sərhədinin Demarkasiyası və Sərhəd Təhlükəsizliyi üzrə Dövlət Komissiyasının 12-ci iclası Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin sədrliyi ilə keçirilib.