Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan səfirlikdə ABŞ Dövlət Katibinin Demokratiya, İnsan Hüquqları və Əmək üzrə müavini Rayli Barnsı qəbul etdi.
Görüş zamanı səfir demokratik institutların gücləndirilməsi və onların davamlılığının təmin edilməsi prosesində ABŞ-ın dəstəyinin əhəmiyyətini yüksək qiymətləndirdi.
Tərəflər TRIPP təşəbbüsünün həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıb, hibrid təhdidlər, dezinformasiyaya qarşı mübarizə, eləcə də dini azadlıqla bağlı bir sıra məsələləri müzakirə ediblər.
Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı dərinləşdirmək istəklərini bir daha təsdiqləyiblər.