Peter Magyarın müxalifətdəki Tisza partiyası bazar günü Macarıstanda keçirilən parlament seçkilərində qəti qələbə qazanıb. Ermənistanın Baş naziri Nikol Paşinyan Magyarı qələbə münasibətilə təbrik edib.
“Seçkilərdə qələbə münasibətilə Peter Magyarı və macar xalqını ən səmimi təbriklərimi çatdırıram. Bu demokratik seçkilər macar xalqının iradəsini və ölkənin gələcəyinə dair vizyonu əks etdirir”, - deyə baş nazir özünün X səhifəsində yazıb.