Aprelin 10-da Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistandakı Avropa İttifaqı Mülki Missiyasının yeni təyin olunmuş rəhbəri Satu Koivunu qəbul edib. Bu barədə Təhlükəsizlik Şurasının ofisi məlumat verib.
Armen Qriqoryan xanım Koivunu məsul vəzifəyə başlaması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Təhlükəsizlik Şurasının katibi həmçinin Ermənistandakı Aİ Mülki Missiyasının gördüyü işlərə görə minnətdarlığını bildirib və Ermənistanın səmərəli əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb.
Satu Koivu da öz növbəsində səmimi qarşılanmaya görə minnətdarlığını bildirib və missiyanın fəaliyyətinin səmərəliliyini daha da artırmaq üçün öz təcrübəsi və biliklərini sərf edəcəyini qeyd edib.