Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan işgüzar səfəri çərçivəsində ABŞ prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Lago malikanəsində təşkil olunmuş qəbulda iştirak edib. Bu barədə səfirlik məlumat verir.
Səfər zamanı səfir ABŞ konqresmeni Abe Hamadeh ilə qısa söhbət edərək Ermənistan-Amerika ikitərəfli münasibətlərinin hazırkı gündəliyinin vacibliyini vurğulayıb.
İşgüzar səfər çərçivəsində səfir həmçinin Ermənistan-Amerika əlaqələrinin dərinləşdirilməsinə və müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanların aşkarlanmasına yönəlmiş bir sıra digər qısa görüşlər və əlaqələr keçirib.
Bu kontekstdə səfir Mkrtçyan Mar-a-Laqonun dialoq və əməkdaşlığın genişləndirilməsi üçün platforma rolunu vurğulayıb.