Tasnim xəbər agentliyi öz mənbəyinə istinadən bildirib ki, İranın xarici işlər naziri Abbas Araqçi və Parlament sədri Məhəmməd Bağır Qalibaf İslam Respublikasını tərk etməyiblər, hər ikisi Tehrandadır və rəsmi vəzifələrini fəal şəkildə yerinə yetirirlər.
İranın Fars xəbər agentliyi də İran nümayəndə heyətinin Pakistana gəldiyi barədə xəbərləri təkzib edərək bildirib ki, Tehran "Livanda atəşkəs əldə edilənə qədər Amerika tərəfi ilə sülh danışıqlarında iştirak etməyi planlaşdırmır".
Daha əvvəl "The Wall Street Journal" qəzeti İran nümayəndə heyətinin münaqişənin həlli ilə bağlı ABŞ ilə danışıqlar aparmaq üçün cümə axşamı axşam İslamabada gəldiyini bildirmişdi.
Qəzetin məlumatına görə, nümayəndə heyətinə İranın xarici işlər naziri və parlament sədri rəhbərlik edir.